Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 23-nə keçən gecə Təzəkənd kəndində bir həyətdən bir baş inək oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Goranboy rayonunun Aşağı Ballıqaya kəndində isə H.Əmirova məxsus 7 baş qoyunu oğurlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən F.İsazadə saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ