6 ayda 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilib

post-img

Bu ilin birinci yarısında 184 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, həmin dövrdə 98 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.

Bundan başqa, həmin dövrdə elmlər doktoru elmi dərəcəsi alanların sayı 38 nəfər olub, 8 nəfərə isə imtina cavabı verilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Elm