Yerli özünüidarəetməyə həsr edilmiş kitabın təqdimatı

post-img

İyun ayının 5-də Sosial Tədqiqatlar Mərkəzinin Zəfər zalında Fərman Salmanlının “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabının təqdimatı keçirilib. Kitab Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə nəşr olunub. 

Kitabda bələdiyyələrin tarixi, fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar əksini tapıb. Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri  kitabda Çar dövrü, cümhuriyyət dövrü və müstəqillik dövrü olmaqla 3 mərhələdən ibarət olaraq araşdırılıb.

Yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu  və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhərləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu,bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və bələdiyyə hüququ haqqında  məlumat almaq istəyənlər üçün kitabda geniş məlumatlar əksini tapıb. 

Qeyd edək ki, tədbirdə millət vəkilləri, elm adamları, bələdiyyə və media nümayəndələri, bələdiyyə məsələləri üzrə ekspertlər, QHT rəhbərləri və tələbələr iştirak ediblər.

 

Anar TURAN,

Rizvan FİKRƏTOĞLU

XQ

Elm