Fuad Məmmədov beynəlxalq mükafata layiq görülüb

post-img

Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Dünya Söz Akademiyasının fəxri üzvü Fuad Məmmədov beynəlxalq “Qlobus” mükafatı ilə təltif olunub. 

XQ xəbər verir ki, Dünya Söz Akademiyasının prezidenti, akademik Xayrattin İvgin tərəfindən Bakıda təqdim olunmuş bu mükafat Azərbaycan kulturologiyasının dünya kulturologiya elminə, təhsilinə və maarifinə mütərəqqi ideyaların, innovativ təfəkkürün və bəşər mədəniyyətləri arasında dialoqun inkişafına verdiyi töhfənın növbəti yüksək qiymətləndirilməsi olub. 35 ilə yaxın yaradıcılıq fəaliyyəti dövründə “Simurq” AMA-nın Azərbaycan xalqının və bütün bəşəriyyətin ruhi (intellektual və mənəvi) mədəniyyətinin inkişafına xidmətində, dünya kulturologiyasının, o cümlədən mədəniyyətlərin və sivilizasiyaların dialoqunun inkişafına verdiyi töhfələr, altı beynəlxalq akademiya tərəfindən qiymətləndirilib. 

“Simurq” Pitirim Sorokin Beynəlxalq İnstitutunun, YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunin, Misir Təhsil Nazirliyinin qızıl medallarına, “Dövrün yaradıcısı” beynəlxalq ordenə, “Brahma Kumaris” Ümumdünya Universitetinin ən yüksək mükafatı “Ali cisimsiz ruh” və digər beynəlxalq mükafatlara layiq görülüb.

Anar ƏLİ
XQ

Elm