Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Gəncədə şagirdin ölümü ilə bağlı məlumat yayıb

post-img

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. 

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Agentlik, baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyini, şagirdin vəfatından kədərləndiyini bildirir və ailəsinə  dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!

P.ƏMİRCANOV

XQ

Elm