Ziya Bünyadovun 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

post-img

Dekabrın 20-21-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə mərhum akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans AMEA-nın əsas binasında (H.Cavid prospekti, 117) Dairəvi akt zalında baş tutacaq. Bölmə iclasları dekabrın 20 və 21-də Şərqşünaslıq İnstitutunda keçiriləcək.

Qeyd edək ki, konfransa 218 iştirakçı, o cümlədən, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılacaq.

Anar ƏLİ
XQ

Elm