“Hüseyn Cavid poeziyasından incilər” adlı ənənəvi bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqədə Bakı şəhər Nərimanov rayonu, Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin şagirdləri iştrak ediblər. 5-9-cu sinif şagirdləri Hüseyn Cavidin şeirlərini, əsərlərindən parçalar səsləndirib, “Ana” mənzum dramından “Səlma”, “İblis” faciəsindən İblisin monoloqunu canlandırıblar.
Müsabiqənin qalibləri müəyyənləşib və ilk üç yeri tutan şagirdlərə Hüseyn Cavidin əsərləri, sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət CD, Ərtoğrol Cavidin bəstələdiyi musiqi əsərlərinin toplanıldığı CD və not kitabları hədiyyə edilib. Sonda liseyin Uşaq Birliyinin rəhbəri Atlas Zeynalova muzeyin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirib.
Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı liseyin direktoru Arif Əsədov və Uşaq Birliyinin rəhbəri Atlas Zeynalovaya Hüseyn Cavid yaradıclığına göstərdikləri sevgiyə görə öz təşəkkürünü bildirib. Müsabiqənin sonunda xatirə şəkli çəkilib.
Anar ƏLİ
XQ