Radiasiya Problemləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

post-img

Radiasiya Problemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, Ulu Öndər 20 il bundan öncə cismən bizi tərk etsə də, onun ideyaları bu gün də yaşayır, müstəqil respublikamız Ümummilli Liderin qoyduğu dayaqlar üzərində günü-gündən daha da möhkəmlənir, Ali Baş Komandan görkəmli dövlət xadiminin vəsiyyətlərini uğurla həyata keçirir.

Alim, həmçinin “Heydər Əliyev İli” çərçivəsində institutun keçirdiyi tədbirlərdən danışıb.

İnstitutun icraçı direktoru Rəvan Mehdiyeva Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Sonda Heydər Əliyevə həsr olunmuş film izlənilib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın babasının vəfatı münasibəti ilə yazdığı Elegiya dinlənilib. Laboratoriya rəhbəri O.Salamov Ümummilli Liderə həsr etdiyi şeirini səsləndirib. 

Anar ƏLİ

XQ

Elm