Gec tapdıq, tez itirdik...

post-img

Əgər siz Yer kürəsinin şimal yarımkürəsindən gələn həvəskar ulduz müşahidəçisisinizsə, növbəti bir neçə gün ərzində daha da parlaqlaşan kometi görən sonuncu siz ola bilərsiniz. Bu yaxınlarda kəşf edilən yaşıl komet Nişimura Yerin yanından keçir və onu bir daha görüb-görməyəcəyimiz bəlli deyil.

Hazırda buzdan, tozdan və qayadan ibarət olan kometa Şir bürcündə sürətlə irəliləyir. Kometa səmada, şimal-şərq istiqamətində, günəş doğmadan təxminən 1,5 saat əvvəl görünür. 

Həvəskar astronom Hideo Nişimura avqustun 11-də bu kometi kəşf edib və standart rəqəmsal kamera ilə uzun müddət ekspozisiya edərək səma cisminin təsvirini yaradıb. Bu yaşıl başlı və ağ quyruqlu ulduz Kiçik Planet Mərkəzi tərəfindən rəsmi olaraq C/2023 P1 və ya qısaca "Nishimura" adlandırılıb. Daim səmanı skan edən bir çox peşəkar astronom olsa da, belə bir həvəskar kəşfə çox rast gəlinmir.

Həvəskar astronomiya klublarının və NASA-nın Kaliforniyadakı Jet Propulsion Laboratoriyasının ortaqlığı olan Night Sky Network-a görə, Nişimura Günəşə yaxınlaşdıqca üfüqə doğru irəliləyir. Ona görə də bu həftədən sonra kometi görmək çətinləşəcək.

XQ

Elm