Bu il Bakı məktəblərinin birinci sinfini 45 mindən çox şagird bitirir

post-img

Cari tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfini 45 min 108 nəfər başa vurur.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Elm