Ukraynada azərbaycanlı alimin adına elmi kitab fondu təsis edilib

post-img

Ukraynanın Vasil Stefanik adına Prikarpatiya Milli Universitetinin Elmi kitabxanasında azərbaycanlı alim, tarix elmləri doktoru Fərhad Turanlı adına kitab və arxiv fondu təsis edilib (http://lib.pnu.edu.ua/fondu_name.php).

AZƏRTAC xəbər verir ki, bu fondda əsasən alimin öz əsərləri və Ukrayna, Azərbaycan, Türkiyə, Polşa və s. ölkələrin bir sıra alimlərinin əsərləri yer alır. Fondda ukraynaşünaslıq, türkologiya, islamşünaslıq, beynəlxalq münasibətlər və s. mövzularda xeyli əsərlər vardır. Oxucular burada Xocalı faciəsi, Qarabağ mövzusunda da nəşrlərlə tanış ola biləcəklər. Avropada ilk təsis olunan bu elmi kitab fondu Azərbaycanın və diaspordakı soydaşlarımızın imicinin yüksəlməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, F.Turanlı 1988-ci ildən başlayaraq Ukraynada diaspora hərəkatının qurucularından və iştirakçılarından biri olmaqla yanaşı, həm də Ukrayna Azərbaycanlıları Konqresinin təsisçilərindən biridir. O, Kiyev şəhərində "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəridir. Hazırda "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin humanitar elmlər fakültəsinin professorudur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Elm