Bakı konfransının “nar”ı Braziliyada əkilib

post-img

COP29-un Turizm Günü çərçivəsində Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabinoya hədiyyə edilən nar tingi bu ölkənin ilk milli turizm məktəbinin həyətində əkilib.

Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə, bu barədə Braziliyanın turizm naziri Selso Sabino özünün instaqram hesabında paylaşım edib. Qeyd edilib ki, tingi nazir Selso Sabino və COP30-un keçiriləcəyi paytaxtı Belem şəhəri olan Para Ştatının qubernatoru Helder Barbalyo əkiblər.

Braziliyalı nazirə hədiyyə edilən nar tingi COP29-da ilk dəfə keçirilən Turizm Günündə əsası qoyulan turizmin iqlim dəyişikliyindəki rolunu vurğulayan təşəbbüslərin Braziliyada keçiriləcək COP30-da davam etdirilməsini simvolizə edir.

Qeyd edək ki, nar tingi braziliyalı nazirə noyabrın 23-də Dövlət Turizm Agentliyinin inzibati binasının önündə ağacəkmədən sonra hədiyyə olunub.

Ekologiya