Hökumət və texnoloji axtarışların dayanıqlı gələcək üçün inteqrasiyası
COP29 çərçivəsində Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda keçirilən sessiyada çıxış edən agentliyin sədri İnarə Vəliyeva qurumun son 2 ildə rəqəmsallaşmanın və innovasiyaların dayanıqlı tətbiqi ilə ətraf mühitin qorunmasına müsbət töhfə verən rəqəmsal məhsullar ərsəyə gətirdiyini bildirib.
Sessiyada rəqəmsal inkişaf strategiyasının vektorları, əldə edilən nailiyyətlər və yaxın perspektiv üçün qarşıda duran məqsədlərdən danışılıb. Rəqəmsallaşmada əməkdaşlığın önəmi vurğulanaraq bu prosesin böyük miqyasda reallaşması üçün digər dövlət qurumları ilə intensiv koordinasiyanın vacibliyi diqqətə çatdırılıb.
“Kağızsız Hökumət”in iqlim fəaliyyəti kontekstində əhəmiyyətinə toxunularaq növbəti 3 ildə qurumlararası əməliyyatların 80 faizinin rəqəmsal mühitə keçidi istiqamətində böyük işlərin görüldüyü diqqətə çatdırılıb. Qarşıdakı 3 il ərzində ‘mygov’ üzərindən 10 həyat hadisəsinin aktiv edilməsi, ölkə üzrə ‘digital.login’dən istifadənin, habelə hökumət xidmətləri üçün ödənişlərin 100 faizə çatdırılmasının hədəfləndiyi də vurğulanıb.
XQ