BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan mediasına müsahibəsində iqlim dəyişikliyinin bütün dünyaya təsir etdiyini, bu il bəşəriyyətin ən isti il–quraqlıqlar, qasırğalar, dünyanın böyük hissələrini məhv edən daşqınlar ili yaşadığını vurğulayıb.
Qlobal temperaturun sənaye inqilabından əvvəlki səviyyə olan 1,5 dərəcədən aşağı saxlanılması üçün emissiyaların ildə 9 faiz azaldılmasının zəruriliyini diqqətə çatdıran BMT-nin Baş katibi emissiyaların hələ də artdığını və 1,5 dərəcənin itirilmək təhlükəsi ilə üzləşildiyini bildirib. A.Quterreş daha sonra deyib: “Deməli, hər şeyi dəyişdirmək, kursu geri qaytarmaq üçün Azərbaycanda ambisiyalı, yüksək hədəflərə ehtiyac var. Gəlin unutmayaq ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə əzmkarlıq göstərərək öz töhfələrini verir, milli fəaliyyət planını təqdim edir. Bu, çox mühüm bir fəaliyyətdir və digər ölkələrə bir nümunədir”.
Baş katibin sözlərinə görə, COP-un uğur qazanması üçün zəruri fəaliyyətləri dəstəkləmək çox iddialı maliyyə məqsədinə nail olmaq deməkdir: “Çünki maliyyə məqsədi trilyonlarla dolların inkişaf etməkdə olan ölkələri dəstəkləməyə, 1,5 dərəcə səviyyəsini saxlamağa, iqlim dəyişikliyinin dramatik nəticələrindən təsirlənən insanlara dəstək olmağa imkan verəcək. İkincisi, karbon bazarlarına sahib olmaq üçün COP29-da aparılan danışıqlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 6-cı maddə adlanan karbon bazarlarının şəffaf, təsirli olmasını müəyyənləşdirəcək”.