Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin dəstəyi, Oksford Universitetinin “Said” Biznes Məktəbi və “Burjeel” holdinqin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi təşkil olunacaq.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə Mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.
Qeyd edək ki, “İqlim dəyişikliyi” müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1000-dən çox müraciət daxil olub.