İqlim konfransı TDT-yə də “yaşıl” qapılar açır

post-img

Bakıda keçiriləcək COP29 konfransı Türk Dövlətləri Təşkilatına (TDT) ətraf mühitin davamlılığı və dayanıqlılığı istiqamətində mühüm töhfələr vermək üçün perspektivli imkanlar təqdim edir.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev “The Astana Times”a müsahibəsində Bakıda keçiriləcək COP29 konfransının TDT-yə ətraf mühitin davamlılığı və dayanıqlılığı istiqamətində mühüm töhfələr vermək üçün perspektivli imkanlar təqdim edəcəyi əminliyini bildirib.

K.Ömüraliyev daha sonra deyib: “Ətraf mühitin davamlılığı və dayanıqlılığı təşkilatın gündəmində diqqətdə saxlanılacaq. Əsas prioritetlərdən biri də regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmaq məqsədilə müxtəlif təşəbbüslər vasitəsilə iqtisadi inteqrasiyanın və ticarət əlaqələrinin gücləndirilməsi olacaq”.

Ekologiya