Oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xidmətdən XQ-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı və Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.