Ekoloji fəlakətin maliyyə qalxanı

post-img

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Nasar Hayat Bakıda keçirilən “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu”nda çıxışı zamanı BMT və Azərbaycan Mərkəzi Bankının “yaşıl” maliyyələşdirmə sahəsində birgə gördükləri işlərin iqtisadiyyatın ahəngdar inkişafına, ekoloji fəlakətin önləməsinə yönəldiyini bildirib.

N.Hayat İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun ətraf mühit, sosial və idarəetmə prinsipləri əsasında fəaliyyətini yüksək qiymətləndirib. O, qurumun bu istiqamətdə yol xəritəsi hazırlamaq təşəbbüsünün yaxın perspektivdə gerçəkləşəcəyinə əminliyini diqqətə çatdırıb. Eyni zamanda, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirmək, “yaşıl” maliyyənin inkişafına kömək etmək üçün milli tərəfdaşlar və özəl sektorla işləməyə hazır olduğunu vurğulayıb.

O, çıxışının sonunda BMT-nin qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, ötən müddət ərzində ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramları, strategiyalar və tədbirlər planlarının bu məqsəd və hədəflərə inteqrasiya edildiyini bildirib.

Ekologiya