COP29 Uniformalarının Paylanması və Akkreditasiya Mərkəzi

post-img

Burada 10 minədək işçi və fəala xidmət göstəriləcək

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova və COP29 Azərbaycan Əməliyyat Şirkətinin aparat rəhbəri Hikmət Mustafayevin iştirakı ilə keçirilən mərasimdə uniforma paylama və akkreditasiya prosesinin başlanması izlənilib.

Mərkəzdə akkreditasiya kartlarının və COP29 uniformalarının paylanması üçün yaradılan zonalarda iqlim konfransının təşkilinə cəlb edilmiş işçi qüvvəsi, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla, ümumilikdə, 10 min nəfərə yaxın əməkdaşa həftənin 6 günü ərzində xidmət göstəriləcək. Burada COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə icrasına, habelə uniformaların paylanılmasına əlverişli imkan yaradılacaq.

Açılış mərasimində COP29 Prezidentliyinə akkreditasiya kartları təqdim olunub. İşçi Qüvvəsi Departamentinin rəhbəri Atif Qənbərov məlumat verib ki, artıq bu gündən mərkəz hər kəsə xidmət etməyə hazırdır: “Tədbir müddətində istifadə edilən uniforma materialları dayanıqlılıq və davamlılıq prinsipləri əsasında istehsal olunub”.

İqtisadiyyat