COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova media nümayəndələrinə açıqlamasında indiyədək 28 mindən çox iştirakçının iqlim konfransında iştirak üçün qeydiyyatdan keçdiyini bildirib.
Onun sözlərinə görə, qeydiyyat prosesi davam edir və günbəgün iştirak göstəriciləri artır: “COP29-da iştirak etmək üçün, adətən, əksər nümayəndə heyətləri tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etdikləri nəzərə alınmaqla bu rəqəmlərdə də müvafiq artım müşahidə ediləcək”.