“Bakı KOB evi”ndə keçirilən “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun iclasında Azərbaycan Standartlaşdırma İnstitutunun ölkəmizin milli ekoloji standartını hazırlamağa başladığı barədə məlumat verilib.
İclasda Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı” indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətində Dünya İqtisadi Forumu ilə əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Ölkəmizin milli ekoloji standartının qəbul edilməsi ekoloji, sosial və korporativ idarəetmə standartları ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyənləşdirilməsini nəzərdə tutur, milli ekoloji standartlar fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdə məqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin “yaşıl” gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcək.