COP29-dan dünyaya açılacaq pəncərə

post-img

Konfrans günlərində Bakıdan “Daily show” TV verilişi yayımlanacaq

COP29 Azərbaycan Əməliyyat Şirkəti bu ilin noyabrında Bakıda keçirilə­cək COP29 iqlim konfransı zamanı qlobal müstəvidə yayımlanacaq gündəlik televiziya proqramını təqdim edir. Əməliyyat Şirkətindən verilən məlumata görə, bu veriliş qlobal auditoriyaya COP hadisələrinin geniş xülasəsini çatdır­maq məqsədi daşıyır və konfransla bağlı məlumatların əlçatanlığının gerçək­ləşdirilməsinə xidmət edir.

Veriliş COP29 konfransı keçirilən gün­lərdə tədbirin məkanı olan Bakı Olimpiya Stadionunda yerləşən studiyadan yayımla­nacaq. Yayım televiziya şirkətləri, onlayn video-yayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçirilə­cək. Veriliş təfərrüatlı müsahibələr, ekspert təhlilləri və konfransa dair digər geniş mə­lumatları əhatə edəcək. 

Mürəkkəb texniki mövzuların qlobal auditoriya üçün əlçatan kontentə çevril­məsinə fokuslanacaq proqram sayəsində izləyicilər COP fəaliyyətlərini, burada işti­rak edən müxtəlif rəsmiləri, həll yolları və aktual iqlim hekayələrini, eləcə də bir sıra digər gündəmdə olan məsələlərlə bağlı ən yeni məlumatları əldə edə biləcəklər. 

COP29-un müəyyən edilmiş preziden­ti Muxtar Babayev verilişin mahiyyəti ilə bağlı deyib: “Dünyada iqlim dəyişmələ­rinin təsirləri daha çox hiss olunduqca, informasiyaya olan tələbat da durmadan artır. Biz havanın artan temperaturu və bu problemin həlli ilə bağlı çoxalan narahatlıq fonunda iqlim fəaliyyətlərini qlobal audi­toriyaya daha aydın və anlaşılan formatda çatdırmaq istəyirik. Gündəlik veriliş isə bu məqsədimizə çatmağa xidmət edən addım­lardandır”.

Qeyd edək ki, “Daily show” verilişi qlobal tədbirlərdə yüksək keyfiyyətli ya­yımların təşkilində zəngin təcrübəyə malik Böyük Britaniyanın media şirkətlərindən biri olan “Hi Impact” tərəfindən hazırla­nacaq. 

Verilişin daha geniş auditoriyanı əhatə etməsi və təsir dairəsinin genişləndirilməsi üçün COP29 Əməliyyat Şirkəti layihə üzrə tərəfdaşlıq imkanlarının dəyərləndirildiyi­ni də qeyd edib. “Daily show” layihəsin­də tərəfdaşların müəyyən edilməsi üçün seçim prosesi 2024-cü il sentyabr ayının sonuna qədər davam edəcək, seçim nəti­cələrinə dair qərar isə COP29 Sədrliyi və UNFCCC tərəfindən veriləcək.

Ekologiya