Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Yaşıl gələcək” adlı ekoloji layihə icra olunub. Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı reallaşdır 2023” müsabiqəsinin qalibi Pərviz Səmədovun “Yaşıl gələcək” layihəsində Ağcabədi, Bərdə, Ağdam, Zərdab və Beyləqan rayonlarında yaşayan 20 gənc iştirak edib.
9 gün davam edən layihənin “İnkişaf proqramı” çərçivəsində iştirakçılar üçün 5 günlük təlim-tədris mərhələsi keçirilib. Bu mərhələ zamanı “Ətraf mühitin qorunması” mövzusunda görüş və Ağcabədi rayonu ərazisindən keçən Qarqar çayının sahilyanı ərazisində təmizlik aksiyası təşkil olunub. “Sahibsiz dostlarımızı qoruyaq” mövzusunda görüş olub və Ağcabədi regional “ASAN xidmət” mərkəzi ilə birgə sahibsiz küçə heyvanları üçün yuvalar yerləşdirilib, yemləmə aksiyası keçirilib.
Layihə çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksinin fitnes-məşqçisi və fizioterapevti iştirakçılara “Sağlam həyat tərzi və sağlam qidalanma” mövzusunda maarifləndirici məlumat verilib.
Bağlanış mərasimində iştirakçı gənclər və səmərəli fəaliyyətə görə nümayəndələr təltif ediliblər.
FİDAN
XQ