Aranda yağmursuz, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 18-də Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən, yağmursuz keçəcək. Gündüz havanın qısa müddətə tutulacağı ehtimalı var. 

Şimal-qərb küləyi əsəcək,  gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.  Gecə 19-24°, gündüz 28-33° isti olacaq.  Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz  olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.  

Q. QASIMOV 
XQ

 

Ekologiya