Təmiz gələcəyin maliyyə təminatı

post-img

Millətlər Birliyi təşkilatının (“Commonwealth”) Baş katibi Patrisia Skotlend “Press Trust of India” nəşrinə müsahibəsində COP29-un  iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şans olduğunu bildirib.  O, eyni zamanda, bunu ölkələr arasında etimadın bərpası və insanların   həyat şəraitlərinin qorunması üçün vacib şərt kimi dəyərləndirib.

Baş katib iqlim dəyişikliyi probleminin həlli istiqamətində ölkələrin birlikdə fəaliyyət göstərmələrinin zəruriliyini də qeyd edib və qlobal səviyyədə həll olmadan  bu problemin aradan qaldırılmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.     İnkişaf etmiş ölkələr və böyük istehsalçılar bu məsələni ciddi qəbul etməlidirlər. 

P.Skotlend daha sonra bildirib ki, iqlim böhranına tarixən cavabdeh olan inkişaf etmiş ölkələr 2009–2020-ci illərdə inkişaf etməkdə olan dövlətlərə iqlim dəyişikliyinin öhdəsindən gəlməyə yardım göstərmək məqsədilə ildə 100 milyard ABŞ dolları ayırmağı vəd etmişdilər: “Lakin maliyyə yardımının əksəriyyəti kasıb ölkələrin borc yükünü artıraraq kreditlər şəklində verildiyi üçün bu məqsədə tam nail olunmayıb. Bu ölkələrin iqlim böhranı ilə effektiv mübarizə aparmaq üçün hazırda trilyonlarla dollar məbləğində maliyyə yardımına ehtiyacı var”.

 

Ekologiya