Abşeronda yağmursuz, bölgələrdə yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 13-də Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər  yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Gecə 20-25°, gündüz 30-35° isti olacaq. 

Atmosfer təzyiqi 755 mm-dən 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60  faiz olacaq.Abşeron çimərliklərində gözlənilən  dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə  arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli  olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 28-33°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Q.QASIMOV 
XQ

 

Ekologiya