Külək, yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 19-23°, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. 

Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Tür­kan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü ola­cağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, ay­rı-ayrı yerlərdə arabir güclənəcək. Ha­vanın temperaturu gecə 18-23°, gündüz 25-29°, dağlarda gecə 8-13°, gündüz 13-16° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya