“İnanıram ki, avarçəkənimiz növbəti mərhələdə də uğurla çıxış edəcək”

post-img

Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev Diana Dımçenkonun ilk çıxışı barədə danışarkən deyib ki, o, avarçəkənimizin növbəti mərhələdə də uğurla çıxış edəcəyinə inanır. 

O, dördilliyin ən mötəbər yarışında güclü idmançıların yer aldığını söyləyib: “Sevindiricidir ki, Diana ilk “üçlüyə” daxil ola bildi. O, bunun üçün çalışırdı. Cəhd­ləri alınmasaydı, vəziyyət daha da çətin­ləşəcəkdi. Birbaşa 1/4 finala yüksəldiyinə görə iki gün istirahət edəcək. Bu, olduqca böyük üstünlükdür. İdmançı və federasiya üçün üç il ərzində bu cür iş görmək çox çətin idi. Amma biz bunun öhdəsindən gəldik. Bu gün əldə etdiyimiz nəticə çox önəmli idi. Yarış yerinə gəlib, qayıtmaq da çətindir. Yol baxımından problem yaşansa da, bu məsələni komanda şəklində həll et­dik. Bütün idmançılarıma Paris olimpiada­sında uğurlar arzulayıram”.

Qeyd edək ki, Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mər­hələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdəki mübarizəsinə iyulun 30-da çıxacaq.

İdman