İlon Mask da şoudan narazı qalıb

post-img

Amerikalı milyarder İlon Mask 2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılış mərasiminin təşkilini tənqid edib. Məlumatı “Sport.ru” verib. 

Maskın sözlərinə görə, mərasim xristianları təhqir edib. “Bu, xristianlara qarşı son dərəcə hör­mətsizlik idi”, – Mask sosial şəbəkədə yazıb.

Amerikalı iş adamı mərasimdən bəzi görüntüləri də paylaşıb. Xüsusilə, o, “Son şam yeməyi”nin paro­diyasını və qadın geyimində olan kişini yayımlayıb.

Bundan başqa, məşhur məşqçi Andrey Nazarov da 2024-cü il Paris Olimpiya Oyunlarının təşkilini şərh edib. 

“Dünən Parisdə bu dövrün əsas idman hadisəsi olan Olimpiadanın açılışını izləmək imkanım oldu. Düzünü desəm, təəssüratlar heç də müsbət deyildi. Açılış qəribə bir şouya bənzəyirdi. Bunu 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunları və ya 1980-ci ildə Moskvada keçirilmiş Yay Olimpiya Oyunları ilə müqayisə etmək mümkün deyil. Bu iki açılış mərasimləri heyrətamiz idi və ən yaxşılardan biri kimi tarixə düşüb. Lakin Parisdə açılış Makro­nun tərifləməsinə baxmayaraq, tamamilə uğursuz oldu”, - deyə Nəzərov “Çempionat”ın müxbiri ilə söhbətində bildirib.

Dünya