Badmintonçularımız yaxşı nəticələrə ümid edirlər

post-img

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra ilk matçında çinli idmançı He Bin Çzyaoya uduzub. Buna münasibət bildirən badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib ki, ilk uğursuzluq bizi heç də ruhdan salmayıb. Təbii ki, digər oyunlara daha ciddi hazırlaşmalıyıq.

O, N qrupunda Çzyaoya (Çin) uduzan id­mançımızın rəqibi ilə müqayisədə təcrübəsinin az olduğunu bildirib: “Çinli idmançı buraya qızıl medal qazanmaq üçün gəlib. Olimpiya təcrübəsi də var. Ayın 29-da yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.

M.Validarvi digər badmintonçu Edi Reski Dviçayonun da şanslarını dəyərləndirib: “Edinin təcrübəsi Keişadan yaxşıdır. Onun olimpiya təc­rübəsi də var. Uğur qazanmaq üçün çox istəklidir və bu yarışlara hazırdır. Dünən də onunla danı­şarkən bütün qarşılaşmaları qazanmaq gücünə malik olduğunu dedi. İnanıram ki, sabah Azərbay­can badmintonu üçün xoş xəbər verərik".

Qeyd edək ki, Edi Reski Dviçayo ilk görüşünə iyulun 29-da çıxacaq. Keişa Fatimə Zəhranın da ikinci görüşü eyni günə təsadüf edəcək.

İdman