BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda qlobal gündəmin əsas mövzusudur. Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov deyib.
“Biz ilk fikir mübadiləsi apardıq. Azərbaycanda COP29-a hazırlıqları, bu gün nə qədər böyük işlərin görüldüyünü öyrəndik. Bunu təsəvvür etmək belə çətindir”, – deyə o bildirib. B.Titov, həmçinin bu gündəliyin hazırlanmasında sahibkarların və onların iqlim dəyişikliyi ilə mübarizə problemlərinin həllində iştirakının vacibliyini qeyd edib.
XQ