Braziliya sənayeçi heyəti Bakı Limanında

post-img

Braziliyanın Milli Sənaye Konfederasiyasının ətraf mühit və dayanıqlı inkişaf üzrə rəsmisi Davi Bomtemponun rəhbər­lik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakı Limanına səfər edib.

Bakı Limanından redaksiyamıza verilən məlumat­da bildirilib ki, limanın Baş direktoru Taleh Ziyadovla keçirilən görüşdə bu infrastrukturun Orta Dəhliz üçün yaşıllaşdırılma layihələri və onun qlobal əlaqədə əsas rolu müzakirə edilib. Braziliyanın Milli Sənaye Konfe­derasiyasının “yaşıl liman”, dayanıqlılıq, ekoloji, sosial və korporativ idarəetmə prinsipləri və Bakı Limanının karbon emissiyasının azaldılması üçün “yaşıl həllər” üzrə təcrübəsi əsasında fikir mübadiləsinə zərurət ya­randığı vurğulanıb. 

Görüş zamanı konfederasiya başda olmaqla, Bra­ziliyanın aparıcı özəl şirkətlərinin bu ilin noyabrında COP29 çərçivəsində limanın ikinci mərhələsinin ge­nişləndirilməsi planı üzrə potensial biznes imkanlarını araşdırmaq üçün Bakıya səfər etməsi razılaşdırılıb.

Braziliyanın ən böyük biznes platforması olan Milli Sənaye Konfederasiyası davamlı inkişafı təşviq edir və 27 dövlət federasiyasını və 200 mindən çox müəssisə­ni özündə birləşdirir.

Görüşdə Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da iştirak edib.

Ekologiya