“Dəyirmi masa”da “yaşıl enerji” söhbətləri

post-img

Energetika Nazirliyində Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi ilə “Azərbaycanda yaşıl enerjiyə keçid” mövzusun­da “dəyirmi masa” keçirilib. Tədbirdə Azərbaycan ilə Böyük Britaniya arasında “yaşıl enerji” üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika Nazirliyindən bildirilib ki, nazir müavi­ni Orxan Zeynalovun iştirak etdiyi “dəyirmi masa”da Azərbaycanda bərpaolunan enerji mənbələri, dekar­bonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziy­yət, həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan və Böyük Britaniya arasında bərpaolunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, enerji səmərəliliyi, elektrik şə­bəkələrinin gücləndirilməsi üzrə əməkdaşlığa dair növ­bəti addımlar müzakirə edilib.

Qeyd edək ki, “dəyirmi masa”da Energetika Na­zirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlə­rini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC, SOCAR və BP şirkətlərinin nümayən­dələri iştirak ediblər.

Ekologiya