Yağış, şimşək, duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 12-də Bakıda və  Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə  yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gecə 20-24°, gündüz 28-32° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunu ,nisbi rütubət gecə 70-75, gündüz 45-50  faiz  olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda  şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV 
XQ

 

Ekologiya