Yayın qızmar çağında çaya nə say?

post-img

Bəzi insanlar yay aylarında çay içmə vərdişinə əməl etməsələr də, çoxları bu əvəzsiz içkinin qəbulu qaydasını bilir. Ekspertlər isti havalarda çayı limonla içməyi məsləhət görürlər.

Həkimlər bildirirlər ki, limonlu çay immuniteti gücləndirir. Buna görə maddələr mübadiləsini sürətləndirmək, dərini gözəlləşdirmək, hətta iştahı da azaltmaq üçün limonlu çay tövsiyə edilir.

Limonun tərkibindəki C vitamininin böyük faydaları çayla birlikdə qəbul ediləndə ortaya çıxır. Belə çay həm də həzm sisteminə müsbət təsir göstərir və bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir. Limonlu çay içmək dərini yaxşılaşdırmağa və çəkiyə nəzarət etməyə kömək edə bilər.

 Çaya limon əlavə edəndə tərkibindəki C vitamini dəmirin həzm sistemindən qana keçməsini asanlaşdırır. Limonlu çay bədəndən artıq suyu çıxarmağa kömək edir, bununla da ödem əmələ gəlməsinin qarşısını alır.

Mütəxəssislər sərinləmək üçün limonlu çayı soyuq halda içməyin də eyni effekt verdiyini bildirirlər.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat