Apreldə də yağmursuz və dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. 

Gecə 6-11°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 19-24°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya