Mütəxəssislər onkoloji xəstəliklərin səbəblərinin 60 faizinin müasir qidalar olduğunu sübut ediblər. Eyni zamanda, əsas hansı qidalardan uzaq durmaq lazım olduğunu açıqlayıblar.
Öncə bilmək lazımdır ki, bir qidanın, hətta zərərli olsa da, çox yeyilməsi xərçəng əmələ gətirmir. Xərçəng çox mürəkkəb prosesdir, onun yaranmasında genetika və digər faktorlar var. Amma xüsusi zərərli qidalar qrupu var ki, onları daim yemək bəzi orqanlarda xroniki iltihab yarada bilər. Qırmızı ət, termiki işlənmiş, emal edilmiş ət məhsulları – kolbasa, sosis, bekon, hisə verilmiş və s.
Elm sübut edib ki, gündə 100 qram belə ət məhsullarını yemək mədə-bağırsaq, süd vəzi xərçəngi riskini 20 faiz artırır. Deməli, hər gün 3 sosis, 100 qram kolbasa və ya qızardılmış ət yeyənin xərçəngə tutulma ehtimalı daha çoxdur. Bu qidalarda olan natrium və digər zərərli maddələr mədə xərçənginin səbəbi ola bilər.
Bu qidalardan birdəfəlik imtina etməliyikmi? Hər gün 50–100 qram kolbasa, qırmızı ət və kabab yemək təbii ki, olmaz. Əgər sizin gündəlik rasionunuz faydalıdırsa, meyvə, tərəvəz yeyirsinizsə, həftədə 1 dəfə 1–2 dilim kolbasa ilə xərçəng əmələ gəlməz. Eləcə də alkoqol, qazlı içkilər ağız, dil, boğaz, mədə, bağırsaq və qaraciyər xərçəngi riskini artırır.
Z.HÜSEYNLİ
XQ