Abşeronda yağmursuz, bölgələrdə yağıntılı və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 25-də Ba­kıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi göz­lənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı ola­cağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 1-3°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütu­bət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yer­lərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı eh­timalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° , gündüz 5-8° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 11-16° , gündüz 0-5° şax­ta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Q.QASIMOV
XQ

Ekologiya