Çörək – pəhrizə nə gərək

post-img

Gözəl görünüş, yaraşıqlı bədən üçün özünü çörəkdən məhrum edənlər indiyədək səhv ediblər. Əslində çörək pəhriz üçün faydalı imiş.

Müasir dietoloqlar uzun illərdir qada­ğaya düşən çörəyə “amnistiya” veriblər.Alimlər çörəyi həyati vacib vitamin və minerallarla zəngin hesab edirlər. Pəh­rizdə olanlar qoz, tumlar, toxumlar və quru meyvələr əlavə olunmuş çörək yeyə bilərlər. Amma onlar deyilənlərin əksinə olaraq, bildiriblər ki, ağ undan çörək də orqanizmə fayda verir. O, kal­sium mənbəyidir. 

“The Carb Diet” kitabının müəllifləri isə daha da irəli gedərək, çörəyin ka­loriləri yandırdığını bildiriblər. “Bu necə olur?” – sualına onlar belə cavab verib­lər ki, çörək yedikdən sonra insan uzun müddət tox olur, yemək istəmir. Buna səbəb çörəkdə olan dayanıqlı nişasta­dır.

Tədqiqatlar göstərib ki, nişasta işta­hı kəsir, qanda şəkərin səviyyəsini sax­layır, metobolizmi sürətləndirir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat