Yağmursuz və dumanlı günlər davam edir

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 8-də Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 5-9°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz  olacaq.

Azərbaycanın rayonlarında, əsa-sən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq. 

Q.QASIMOV 
XQ

 

Ekologiya