Yenə leysan, yenə yağış...

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Havanın temperaturu gecə 12-15° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağa­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olaca­ğı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Q.QƏZƏNFƏR
XQ

Ekologiya