“Novruzlu Azərbaycan nağılı” tablo görkəmli fırça ustası Səttar Bəhlulzadənin möhtəşəm əsərlərindən biridir.
Bu mürəkkəb kompozisiyanı yurdumuza baharın gəlişi, bunu ifadə edən motivlər və çoxsaylı atributlar təşkil edir. Müxtəlif janrların özünəməxsus estetikasını ehtiva edən monumental əsərdə bayram xonçaları, baharın müjdəçisi olan qaranquşlar və çiçəklənən ağaclar sevinc ovqatına bələnmiş insanlar və digər milli atributlarla vəhdət təşkil edərək mənəvi dəyərlərimizin qədim və zəngin ənənələrə malik olduğu təsvir olunur.
“Novruzlu Azərbaycan nağılı” həm kompozisiya tutumuna, həm də ölçüsünə və bədii həllinə görə yeni və cəlbedicidir. Belə ki, burada Azərbaycan rəssamlığında ilk dəfə 3 janr bir araya gətirilib. Süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olub.
N.AYTƏN
XQ