Sarımsaq – qoxusu var, qorxusu yox

post-img

Sarımsaq faydalı olsa da, kəskin qoxusuna görə, çox süfrələrdən yığışdırılıb. Onu tövsiyə edən həkim­lər qoxusu ilə mübarizə barədə də açıqlama veriblər.

Həkim Tatyana Zaxaro­vanın fikrincə, sarımsaq ye­dikdən sonra yoqurt qəbulu (qatıq da olar) pis qoxunu aparır. Yoqurtda olan zülal sarımsaqdakı qoxunu neyt­rallaşdırır. Bu məqsədlə, həmçinin alma, təzə süd, nanə və kofe istifadə edilir.

Alimlər şüşə qablara çiy sarımsaq qoyub, üstünə müxtəlif maddələr əlavə ediblər. Nəticələr göstərib ki, yağ­lılıq dərəcəsi çox olan yoqurt 99 faiz uçucu qoxuları kəskin azaldır. Amma yoqurt çiy sarımsağa nisbətən bişmiş və ya qızarmış sarımsaq qoxusuna daha az təsir edib.

Yunan yoqurtunda daha yüksək zülal birləşmələri var. Alma ilə sarımsaq qoxusunu aparmaq istəyirsinizsə, onu gərək sarımsaq qəbul etdikdən dərhal sonra yeyəsiniz. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat