104 yaşlı qadının yeni rekord hədəfi

post-img

Yaş, sadəcə, bir rəqəmdir... Təyyarədən paraşütlə tullanan ən yaşlı insan – çikaqolu Doroti Hoffnerin timsalında bunu aydın görmək olar. 

104 yaşlı qadın İllinoys şta­tının Ottava şəhərində 4 min 100 metr yüksəklikdən tullanma həyata keçirib. Onun cəsarətli kaskadyorluğunu nəzərə ala­raq bəziləri Doroti Hoffnerin çox gənc yaşlarından paraşütlə tul­lanma ilə məşğul olduğunu dü­şünə bilər, lakin bu belə deyil. O, paraşütlə tullanmağa əslində 100 yaşı tamam olanda başla­yıb. Məqsədi isə ən yaşlı insanın hündürlükdən tullanma rekordu­nu təzələmək olub.

Doroti Hoffnerin cəmi 7 dəqiqə davam edən tullanma­dan sonra yerə toxunanda ilk sözü “Yaş, sadəcə, bir rəqəm­dir” olub. Bu cəsarətli qadın indi “Ginnesin Rekordlar Kitabı”na düşməsini gözləyir.

Hoffnerin ambisiyası bunun­la bitmir – o, bu dəfə isti hava şarında səyahət etmək hazırlığı keçir. 

L.AZAD
XQ

Dünya