Səhnəmizdə Vətən obrazı

post-img

Bugünlərdə “Facebook”da gənc sənətşünas Turan Etibaroğlunun M.F.Axundov adına Azərbaycan Milli Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı sənətinə olan böyük tamaşaçı sevgisini əks etdirən paylaşımı diqqətimi cəlb etdi. Orada yazılıb: 

“Hörmətli Nurəddin Meh­dixanlı! 

Sizin çox rollarınız var, mənə görə onların şahı xalqımızın Qa­rabağdakı tarixi Zəfərinə həsr olunmuş möhtəşəm tamaşadakı Vətən obrazıdır. Bu obrazla bağ­lı şahidi olduğum bir səhnə heç vaxt yadımdan çıxmır. 

Bir dəfə tamaşa zamanı siz səhnənin önündəki pilləkəndə oturduğunuz anda bir ağsaqqal qeyri-ixtiyari yerindən durub səhnəyə yaxınlaşdı, sizi bərk-bərk qucaqlayıb ağladı... 

Həmin an zalda sürəkli alqış sədaları qopdu, səhnə titrəyirdi... Xalqın, tamaşaçının se­vimli aktyoruna sevgisi deyilən şey bax budur! 

Əziz Nurəddin müəl­lim! Siz sənətinizlə Vətə­nin və mədəniyyətin keşiyində duran sənət­karlardansınız!”

Bu paylaşım çox sayda rəy­lər toplayıb. Onlardan aktrisa olmağa hazırlaşan Elmira Kəri­mova adlı gənc bir qız yazıb ki, onun ən böyük arzusu böyük aktyorla səhnədə tərəf müqabili olmaqdır. 

 

Təqdim etdi:
S.FİDAN
XQ

Sosial həyat