Hava isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 19-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cə­nub küləyi əsəcək. Gecə 17-22°, gündüz 27-32° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bil­gəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayon­larında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağ­lıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperatu­ru gecə 17-21°, gündüz 28-33°, dağlarda gecə 8-13°, gün­düz 15-20° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya