Limfaları və qanı təmizləyən Tibet resepti

post-img

Tibet rahiblərinin resepti yalnız qan və limfanı tə­mizləmir, eyni zamanda, qaraciyər, böyrək, bağırsaq, damarlar da şəfa tapır. Bədəndən duzlar və zəhərlər çıxır. Bu təmizlənmə oynaq xəstəliklərində də faydalı­dır, mədə-bağırsaq traktına isə müsbət təsir göstərir. 

Tibet resepti ödqovucu, sidikqo­vucu, limfa və qan təmizləyici, parazit və iltihab əleyhinədir. Bundan əlavə, onun istifadəsi xolesterol və yağ tıxaclarını çıxar­mağa və metabolik prosesləri normallaşdırmağa imkan verir. 

Əlavə olaraq, ateroskleroz, infarkt və insultun qarşısının alınmasına kömək edir. Möcüzəli iksirin hazırlanması və qə­bulu qaydası belədir: 

1. Hərəsindən 100 q olmaqla çobanyastığı, dazıotu, sol­mazçiçəyi və ağcaqayın qönçələri qarışdırılır (bəzən üyüdü­lür) və quru yerdə saxlanılır. 

2. Məlhəmin bir hissəsini hazırlamaq üçün 1 xörək qaşığı qarışıq 2 stəkan (0,5 litr) qaynar suda 20–30 dəqiqə dəmlə­nir. Dəmləmə üçün termos məsləhətdir. 

3.Qarışığı tənzifdən süzüb, qəbul etməzdən əvvəl 1 çay qaşığı bal əlavə edilir. 

4.Hazırlanmış dəmləmə bitənə qədər səhər və yatmaz­dan əvvəl 1 stəkan içilir. 

Sonra 2 ay fasilə verib prosedura yenidən başlamaq la­zımdır. 

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat