İsti 38 dərəcəyə çatacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 20-25°, gündüz 30-35° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.


Q. QASIMOV, 
“Xalq qəzeti”

Ekologiya