Martın 2-nə  olan hava proqnozu

post-img

Bakıda və Abşeron yarımadasında də­yişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman, axşam Abşeron yarımadasının şimalında az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Gecə 3-6°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yük­sələcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sə­dərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 11-16° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 9-14° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilər­də yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6°, gündüz 9-14° isti, yüksək dağlıq əra­zilərdə gecə 5°-dək, gündüz 1°-dək şaxta olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlə­nilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb külə­yi əsəcək, gündüz arabir güclənəcək. Gecə 3-7°, gündüz 13-18° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şab­ran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir bəzi şərq rayonlarında arabir güc­lənəcək. Gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yer­lərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-7°, gündüz 15-20° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, As­tara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-6°, gündüz 12-17°, dağlarda gecə 4-6°, gündüz 10-15° isti olacaq. 

 

Ekologiya