Dünya liderləri “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” devizi altında keçiriləcək Avropa Siyasi Şurasının səkkizinci sammitində iştirak etmək üçün Ermənistanın paytaxtına gəlməyə başlayıblar.
Məlumatı “Euronews” verib.
Avropa Birliyinə üzv olan 27 ölkənin hamısı, ümumiyyətlə, təxminən 50 ölkə lideri bazar ertəsi günü böyük geosiyasi qarışıqlıqlar fonunda ABŞ və İran arasındakı gərginlik də daxil olmaqla əsas siyasi məsələləri müzakirə etmək üçün görüşəcək.
İrəvana gələnlər arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer , Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və başqaları var.
Sammitə Avropa Şurasının prezidenti Antonio Kosta və Ermənistanın baş naziri Nikol Paşinyan həmsədrlik edəcəklər.
İlk dəfə olaraq Avropadan kənar bir ölkə - Kanada da Baş naziri Mark Karninin timsalında sammitdə iştirak edəcək.
P.ƏMİRCANOV
XQ

